Azərbaycandan göndərilən yardım Kemerovada paylanıldı - VİDEO

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə və xəsarət alanlara yardım göndərib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yardım xüsusi təyyarə ilə Kemerovaya göndərilərək zərərçəkənlərə və həlak olanların ailələrinə çatdırılıb.

Metbuat.az azvision-a istinadən xəbər verir ki, Rusiya KİV-ləri Azərbaycanın yanğın qurbanlarına humanitar yardım etməsinə xüsusi diqqət ayırıb, bununla bağlı vesti.ru videomaterial hazırlayıb. Bildirilib ki, Azərbaycandan Kemerovaya 2 tona yaxın humanitar yardım göndərilib.

Qeyd edək ki, martın 25-də Kemerovada “Qış albalısı” ticarət mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 64 nəfər həyatını itirib. Ölənlərdən 41-i uşaqdır.


Bulvarda 1 nəfər dənizə düşüb - FHN - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR