Boksçularımız Avropa çempionatında 2 medal qazanıb - FOTO

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı başa çatıb. Azərbaycan millisi yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.

Boks Federasiyasından Metbuat.az-a verilən məlumata görə, çempionatın sonuncu günündə yığmamızın üzvü Tayfur Əliyev (56 kq) rumıniyalı Robert Eusebi Jitarunu sınağa çəkib. Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Avropa Oyunlarının mükafatçısı yarışı ikinci pillədə bitirib.

Qeyd edək ki, Əliyevdən öncə Məhəmməd Abdullayev (+91 kq) bürünc medalı rəsmiləşdirmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR