Play Store

Azərbaycanda marketdən alınan şokolad kağız kimi yandı - VİDEO

Mağazadan şokolad aldılar, daha sonra isə onu yandırmağa başladılar. Şokolad yansa da, əriməyib. Bu isə bir sıra suallar doğurub. Əsl şokolad yana bilərmi? Qida mühəndisləri buna aydınlıq gətirib

Mağazadan alınan şokolad qabından çıxarılaraq yandırılır. Od tutan şokolad xeyli müddət yansa da, onda ərimə müşahidə edilmir.

Daha sonra isə alov söndürülür. Bu zaman tünd qara şokoladan qatı tüstü yüksəlir.

Görüntülər orta məktəblərin birində, şagirdlərin də iştirakı ilə bir müəllimə tərəfindən çəkilib və "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.

Yanan şokolad xarici ölkələrin birində istehsal olunub. Sözügedən kadrlar həmin məhsulun saxta olması məsələsini gündəmə gətirir. Qida mühəndisi İsa Əliyev bu kadrları izləyəndən sonra bildirdi ki, əsl şokolad yana bilməz.

Mütəxəssisin sözlərinə görə, belə şokoladlar insan orqanizminə olduqca ziyandır. Bunlardan istifadə hətta xərçəng xəstəliyinə də səbəb ola bilər.

İsa Əliyev bildirir ki, əsl şokoladların tərkibində ən azı 60-70 faiz kakao yağı olmalıdır. Və bu da şokolad qabının üzərində qeyd edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR