Dərbənddə azərbaycanlılara qarşı növbəti CİNAYƏT

Dərbənddə azərbaycanlılara qarşı növbəti CİNAYƏT
16:59 11 Yanvar 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Dərbənddə seyid qəbri ikinci dəfədir ki, dağıdılıb. Bu barədə Lent.az-a Dərbənd sakinləri məlumat veriblər. Bu gün törədilən cinayət azərbaycanlılar arasında məşhur olan Şıxsalah qəbiristanlığında baş verib. Hadisə nəticəsində azərbaycanlıların ziyarətgahı Seyid Mir Qafar Ağanın qəbri dağıdılıb. Hələlik hadisəni kimlərin törətdiyi bilinmir. Bu qəbir artıq ikinci dəfədir ki, dağıdılır.

Əhali arasında cinayətin kimlər tərəfindən törədilməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR