Sevgilisi ilə qaçan həyat yoldaşını

Metbuat.az-ın verdiyi məlumata görə, Hindistanın Uttar Pradesh əyalətində başqa bir adamla qaçan evli bir qadın və onun bərabər olduğu adam qadının əri tərəfindən ağaca asılıb və qamçılanaraq cəzalandırılıb. Hadisənin görüntüləri böyük reaksiyaya səbəb olub.

Başqa bir adamla qaçan yoldaşını evə qayıtması üçün inandırmağa çalışan adam ona keçmişdə olanları yaddan çıxaracağına və həyatlarına yenidən başlayacaqlarına söz verib.

Qadının evə qayıtmasından sonra onu cəzalandırmağa qərar verən cani adam əllərindən bir ağaca asdığı qadını toplaşan izdihamın qarşısında 100 dəfə qamçılayıb. Ağrıdan huşunu itirən qadına eyni kənddə yaşayan insanlardan bəziləri təcavüz etməyə çalışıb.

Bulandshahr şəhərində baş verən hadisədə həyat yoldaşı ilə birlikdə qaçan adamı da eyni şəkildə cəzalandıran adam həbs olunub. Hadisədən 1 həftə sonra özünə gələn qadın polisə müraciət edərək ərindən şikayətçi olub. Xəstəxanaya yerləşdirilən qadın müalicə olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR