QİÇŞ-ə qarşı 90-90-90 proqramı / VİDEO

HİV virusu daşıyıcısı həyat yoldaşını da xəstəliyə yoluxdurub

“İlk dəfə bu xəstəliyə yoluxduğumu 2006-ci ildə bildim. Ondan sonra uzun müddət Rusiyada yaşamışam. Yoldaşımı isə gətirib Azərbaycanda qoymuşam. Onu burada QİÇŞ-lə bağlı yoxlatdirmamışdım”.

47 yaşlı şərti adı Rafiq olan bu şəxs HİV daşıyıcısıdır. Hazırda Respublika QİÇS-lə mübarizə mərkəzində qeydiyyatda olan Rafiq yoldaşını da xəstəliyə yoluxdurub.

İndi hər ikisi xəstəliklə mübarizə aparır. Amma deyir bu xəstəliklə yaşamaqdan cox ətrafda bilən insanların münasibəti daha çətindir. Məhz bu səbədən xəstəliyimizi gizlətmək məcburiyyətindəyik.

Rafiq və həyat yoldaşı HİV daşıyıcısı olsalar da 2 övladı sağlamdır. Övladlarından biri 10 ay əvvəl doğulub və sağlamdır. Ümumiyyətlə HİV-li ana hamiləliyini həkim nəzarəti altında müalicə ilə keçirərsə, doğuş qeysəriyyə əməliyyatı ilə olarsa və körpə ana südü ilə qidalanmazsa sağlam olur.

İnsanın immun çatışmazlığı virusu müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir edir. Yoluxmadan sonra ilk illər immun sistemi virusa qarşı müqavimət göstərə bilir. Xəstəliyin klinik əlamətlər hətta 20 il və daha çox aşkar olunmur. Bir qrup insanlarda bu xəstəliyə daha çox rast gəlinir.

İİV-və yoluxma əsasən orqan köçürülməsi, inyeksiya, yaxud tatuaj və pirsinq zamanı qeyri-steril ləvazimatlardan (iynə, şpris və s.) istifadə etməklə; qan qalıqları olan alət - skalpel, üz qırxan ülgüc, qayçı, diş fırçası ilə dərinin və selikli qişalarının zədələnməsi zamanı. Cinsi yolla və təbii doğuş və süd vermə zamanı anadan uşağa ötürülmə ilə baş verir. Bu gün səhiyyə nazirliyinin qarşısında duran əsas məqsəd ölkədə bu xəstəliyin yayılmasının qarşısını almaqdır. Bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir.

Bu məqsədlə ÜST 2030-ilə qədər dövrü əhatə edən xüsusi 90-90-90 proqramı var. Yəni HİV-ə yoluxmuş insanların 90 faizi bilsə kionda bu infeksiya var, onların 90 faizi müalicəyə qoşulsa və müalicəyə qoşulanların 90 faizində xəstəlik nəzarətə götürülərək yoluxdurma riski minimuma endirilsə xəstəliyin epidemiyasının qarşısını almaq mümkün olar. XƏstəliyin yayılmasının qarşısını almaq həm də öz əlimizdədir. Yoxlanıb bu xəstəliyin daşıyıcısı olub-olmadığımızı müəyyən etmək, olduğu təqdirdə müalicə alıb, digərlərini də yoluxma riskindən qorumaq. / Real TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR