Play Store

Bakıda Qarabağ müharibəsi əlililəri və şəhid ailələrinə - 135 mənzil veriləcək

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edib.

Metbuat.az-ın məlumatına görə, tender 1 lot üzrə, Bakı şəhərində mənzil növbəsində olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 ədəd 1 otaqlı, 84 ədəd 2 otaqlı, 39 ədəd 3 otaqlı mənzillərin satın alınması məqsədini daşıyır.

İddiaçılar sənədləri aprelin 25-nə qədər, tender təklifi və bank təminatını isə mayın 4-nə qədər təqdim etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR