Bu gün Milli Məclisin plenar iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Metbuat.az xəbər verir ki, iclasda Azərbaycan ilə Əfqanıstan arasında hava əlaqəsi və sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər təsdiq olunacaq. Həmçinin, Mülki Məcəlləyə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Kredit büroları haqqında", "Bank olmayan kredit təşkilatlar haqqında", "İcra haqqında", "Tibbi sığorta haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə, iclasın gündəliyinə 25 məsələ daxildir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR