Play Store

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi - akkreditasiyadan keçib

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Onlar 58 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır.

Bunu "Seçki-2018" Müstəqil Media Mərkəzinə MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib.

Ş.Əsədli qeyd edib ki, eyni zamanda, indiyədək 56 864 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 1962-si MSK-da akkreditasiyadan keçərək bütün ölkə ərazisində, 54 min 902-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçərək müvafiq dairənin hüdudları daxilində müşahidə aparmaq hüququ qazanıb.

O əlavə edib ki, bütün bunlarla yanaşı, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 5099 məşvərətçi səs hüquqlu üzv təyin olunub. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR