Slovakiyanın ən gözəl qülləsi - Burada...

Metbuat.az-ın verdiyi məlumata görə, Slovakiyanın Orava çayı qayalıqlarının üzərində yerləşən orta əsrlərə məxsus qeyri-adi gözəlliyə sahib qülləsi 13-cü əsrdə inşa edilmiş və əsrlər boyunca mühafizə edilən heybətli və ovsunlayıcı bir tarixi qüllədir. Slovakiyanın ən gözəl qülləsi olaraq tanınan Orava qülləsi Moğol işğalından sonra Macarıstan krallığını qoruya bilmək üçün inşa edilmiş bir əsgəri binadır. Keçmişdən bugünə qədər bir çox əfsanəvi hadisəyə şahid olmuş, Neo- Gotik bir quruluşlu bu qülləyə hər il çox sayda turist ziyarət edir.

Təbiəti və tarixi özündə birləşdirən bu məkanı 1 nəfər üçün təxminən 8 evro ödəməklə rəhbərin müşayiəti ilə səyahət etmək olar. Turizm mövsümü müddətində davam edəm "pərili" gecə gəzintiləri ilə turistlərin diqqətini çəkən Orava qülləsi ziyarətçilərinə qeyri-adi bir tətil keçirmək şansı verir. Burada qrup halında ziyarət edən turistlər üçün endirimlər də edilir.

Günay Sadıxova/Metbuat.az

https://metbuat.az/news/926300/mavi-yasil-yumurtanin.html

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR