Play Store

Putin artıq Ankaradadır - Kritik səfər başladı

Rusiya prezidenti Vladimir Putin ikigünlük Türkiyəyə səfərə gəlib.

Metbuat.az xəbər verir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.

Məlumata görə, səfər çərçivəsində Ərdoğanla Putin arasında təkbətək görüş keçiriləcək. Bundan başqa, iki dövlətin liderləri Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər. Ərdoğan və Putin "Akkuyu" Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə qatılacaqlar.

Aprelin 4-də isə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərfəli zirvə toplantısı keçiriləcək. Dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə edəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR