Play Store

Sürücü səhvən vurduğu piyada tərəfindən - bıçaqlanaraq öldürüldü/ VİDEO

Metbuat.az-ın verdiyi məlumata görə, Tekirdağ Böyük Şəhər Bələdiyyəsi Su və Kanalizasiya İdərəsində işləyən Onur Konuş adlı bir sürücü avtomobilinin güzgüsü ilə yolda yeriyən Okan Yıldıza yüngülcə vurub. Daha sonra tərəflər arasında mübahisə başlayıb. Mübahisə əsnasında Okan Yıldız üstündəki bıçaqla Onur Konuşu bıçaqlayıb.

Hadisə mərkəzi Süleymanpaşa ilçəsi 100-cü il məhəlləsində dünən axşam saatlarında baş verib.

Ağır yaralanan KonuşTekirdağ Dövlət Xəstəxanasına yerləşdirilib. Müdaxilələrə baxmayaraq xilas ola bilməyib. Evli və bir uşaq atası olan Konuşun ölümü bələdiyyədə böyük üzüntüyə səbəb olub.

Polis tərəfindən saxlanılan Okan Yıldız isə məhkəmədən sonra həbs olunub.

Günay Sadıxova/Metbuat.az


http://matbuat.az/news/926561/okeanda-itirdiyi-kamerasini.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR