Play Store

ABŞ Azərbaycana ekoturizm sənayesinin inkişafında - yardım edir

ABŞ-ın Azərbaycandakı səfirliyinin vasitəsilə Şərqi Karolina Universitetinin eko-turizm üzrə eksperti professor Paige Vireni ölkəmizin ekoturizm sektorunu inkişaf etdirmək üçün Azərbaycana gəlib.

Səfirlikdən Metbuat.az-a verilən məlumata görə, aprelin 2-8-də nəzərdə tutulan səfəri zamanı o, ABŞ-ın çox milyard dollarlıq ekoturizm sektoru ilə bağlı öz təcrübələrini və biliklərini bölüşmək üçün yerli biznes, dövlət rəsmiləri, tələbə qrupları və turizm idarəçiləri ilə görüşəcək.

P.Virenin səfərində məqsəd Azərbaycanın ekoloji baxımdan göstərdiyi səyləri və ekoturizm üzrə ilkin addımlarını dəstəkləməkdir. Azərbaycanda eko-turizm böyük potensiala malikdir: bu, iqtisadi diversifikasiyanın əsas hissəsi olmaqla regionların yerli əhalisinin, eləcə də təhsilli gənc azərbaycanlıların Azərbaycan iqtisadiyyatına töhfə verməsinə imkan yaradır. Bundan əlavə, eko-turizm ətraf mühitin qorunması, çirklənmənin azaldılmasını və dünyanın təbii ehtiyyatlarının məsuliyyətlə idarə edilməsini təşviq edir.

P.Viren turizm sənayesi üzrə 12 ildən çox olan təcrübəsini bölüşəcək. Onun təcrübə sahəsi istehlakçı davranışı və turizmdir və burada əsas diqqət əyalətlərdə davamlı cəmiyyətə əsaslanan turizm və macəra səyahətinə yönəldilir.

Evin həyətini qazarkən bir anda qarşılarına çıxdı - İçindən çıxanlar... / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR