Şagirdi ilə cinsi əlaqəyə girdi

Metbuat.az-ın verdiyi məlumata görə, ABŞ-ın Cənubi Karolina ştatındakı “Spartanburg Day School” adlı bir özəl məktəbin müəllimi yetişkin olmayan şagirdi ilə cinsi əlaqəyə girdiyi üçün həbs olunub.

Dedektivlər Kenleigh Prendergast adlı müəllimin 16 yaşlı şagirdi ilə münasibətinin 2018-ci ilin yanvarında başladığını müəyyən ediblər.

Şagirdini bəzən evinə dəvət edən Prendergast bəzi görüşlərini isə məktəbdəki otağında edib.

Hadisə məlum olduqdan sonra “Spartanburg Day School” açıqlamasında müəlliməni işdən qovduğunu bildirib.

Prendergast vəzifəsinə keçən il avqust ayında başlamışdı.

Günay Sadıxova/Metbuat.az

http://matbuat.az/news/926925/facebook-zarafati.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR