Qəbələdə qadın qardaşı ilə birlikdə ərini qətlə yetirib

Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin qətlə yetirildiyi müəyyən edilib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib və meyitini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR