Azərbaycan dünya mətbuatında (FOTO)

Azərbaycan dünya mətbuatında (FOTO)
17:31 11 Yanvar 2015
177 Ölkə
Ölkə mətbuatı
A- A+

İtaliyanın “Formula Passion” saytı Azərbaycanın mühüm idman ölkəsinə çevrilməsindən yazır. Ölkəmizdə idman sahəsində əldə edilən nailiyyətlərin təhlil olunduğu yazıda bildirilir ki, son illərdə Azərbaycan bir çox cəhətləri ilə yanaşı, idman sektorunun güclü inkişafı ilə də dünya mediasının diqqət mərkəzindədir.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük irəliləyişlərə nail olundu. Paytaxt Bakı son illərdə önəmli yarışlara ev sahibliyi edib və gələcəkdə bir sıra mötəbər idman tədbirlərinin də məhz bu şəhərdə keçirilməsi nəzərdə tutulub. Bu sırada "Bakı-2015" birinci Avropa Oyunları, Formula-1 (F1) üzrə Avropa “Qran-pri” yarışları, “Avro-2020”nin final mərhələsinin oyunlarını qeyd etmək olar.

Məqalədə gənclər və idman naziri Azad Rəhimovun sözlərinə də yer verilib. O Azərbaycanın idman sahəsində mühüm mərkəzə çevrilən müasir bir ölkə olduğunu deyib. Vurğulayıb ki, F1 üzrə Avropa “Qran-pri” yarışlarının Bakıda keçirilməsi qərarı ölkəmizin mühüm idman tədbirlərinə ev sahibliyi etməsi istiqamətində növbəti uğurlardan biridir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=319026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR