“Whatsapp”da yeni xüsusiyyət

Metbuat.az-ın verdiyi məlumata görə, “Whatsapp”ın yeni beta variantında ortaya çıxan xüsusiyyət ilə istifadəçilərə nömrə dəyişikliyini asanlaşdıran bir çox variant təqdim olunub.

“Whatsapp”-ın 2.18.97 nömrəli beta variantında ortaya çıxan xüsusiyyət nömrə dəyişikliyinin istənilən şəxslərə avtomatik olaraq bildirilməsinə imkan tanıyır. Qurğular - Hesab - Nömrə-dəyiş parametrlərlərindən əldə edilən xüsusiyyət eyni telefonu istifadə etdiyiniz təqdirdə bütün hesab məlumatlarınızı, planlarınızı, qrupunuzu və hətta söhbətlərinizi yeni nömrəyə göndərə bilir.

Eyni parametrlərdən nömrə dəyişikliyini bütün kontakt siyahınıza, yalnız "Whatsapp"dan söhbət etdiklərinizə və ya spesifik olaraq seçdiyiniz şəxslərə bildirə bilərsiniz.

Yeni xüsusiyyət “Whatsapp”ın beta proqramına qoşulan istifadəçilərə təqdim olunub. Digər istifadəçilər isə yeni bir güncəlləmə ilə bu xüsusiyyətə qovuşacaq. Ancaq gözləmək istəməyən Android istifadəçiləri ən son “Whatsapp” (beta) variantını APK Mirror üzərindən yükləyə bilərlər.

Günay Sadıxova/Metbuat.az

http://matbuat.az/news/927007/heftede-iki-defe-sos...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR