Play Store

Silikon bəlasına məruz qalan - tibb bacısının son halı

Metbuat.az-ın verdiyi məlumata görə, Adanada qalıcı dolğu etdirdiyi dodaqları anidən şişən və xəstəxanalıq olan tibb bacısı Merve Kaleşin son halı ortaya çıxıb. Keçirdiyi əməliyyatlarla normal görünüşünə qayıdan Merve Kaleşi müalicə edən estetik həkim Dr. Gül tibb bacısının yaşadıqları ilə bağlı açıqlama edib “Əslində belə hadisə daha əvvəl dünyada görünməmişdir. Ona görə də bunun müalicəsi həkimlər üçün yeni bir haldır”.

Merve Kaleşin 2017-ci il 2 may tarixində yanlış bir dodaq dolğusu tətbiqi səbəbi ilə ona müraciət etdiyini deyən həkim Gül Fennibilek dodağında ciddi şiş, sərtlik və qan dövranı pozğunluğu olduğunu deyib.

Xəstənin özünə gəlmədən əvvəl istifadə etdiyi dərmanlar üzündən ağırlaşma yarandığını bildirən Fennibilek tətbiq etdiyi müalicə ilə xəstəsinin 28 İyun 2017-ci il etibarilə sağlamlığına qovuşduğunu vurğulayıb.

Günay Sadıxova/Metbuat.az

http://matbuat.az/news/927106/whatsapp-da-yeni-xus...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR