Binəqədidə magistral su kəmərindəki qəza - aradan qaldırıldı

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Bu barədə açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, əhaliyə suyun verilişi təmin edilib.

Qeyd edək ki, aprelin 2-dən 3-nə keçən gecə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində magistral su kəmərində baş verən qəza nəticəsində 30-dan çox evi su basmışdı. //trend

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR