Yutuba silahla hücum edən - qız kimdir?

Metbuat.az-ın verdiyi məlumata görə, dünən gecə ABŞ-ın Kalifornia ştatında “Youtube” baş qərargahına hücum edən 39 yaşlı Nasim Aghdam 3 nəfəri yaralayıb və daha sonra intihar edib. ABC-yə danışan iki polis hadisəsin terror ilə bir əlaqəsinin olmadığını deyib.

N. Aghdamın “Youtube”-də veganlıq, heyvan hüquqları, idmanla bağlı bir kanalının olduğu və 2011- ci ildən “Nasim Wonder 1” ləqəbi ilə video çəkərək yüklədiyi məlum olub. Aghdamın internetdəki videolarının və hesabının hücumdan sonra silindiyi deyilib.

Aghdamın 2017-ci ilin yanvar ayında paylaştığı bir videonun “Youtube”tərəfindən silindiyini və əngəlləndiyini tez-tez tənqid etdiyi bildirilib. Bəzi idman və məşqə aid videolarının uyğun olmadığı üçün qadağan olunmasından narahat olduğunu və Miley Sayrus, Nikki Minaj kimi ulduzların videolarına icazə verilməsini tənqid etdiyi ortaya çıxıb.

Şəxsi bloqunda “ Gerçək dünyada söz azadlığı yoxdur, dediyim hər şey təzyiq altına alınır. “Youtube” və digər saytlarda bərabər böyümə imkanı yoxdur” deyə yazıb. Aghdamın “İnstagram” hesabında heyvan haqları üçün mübarizə apardığı və Petanın bəzi tədbirlərində iştirak etdiyi görülüb. Tarkan haqqında video çəkən Aghdamın Tarkan fanatı olduğu ortaya çıxıb.

https://metbuat.az/news/927166/silikon-belasina-me...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR