Play Store

Qəribə məxluq tapıldı - görün nəyə bənzəyir?

Metbuat.az-ın verdiyi məlumata görə, Avstraliyanın Queensland şəhərində yerləşən Cairnsdəki çimərlikdə qəribə bir məxluq tapılıb.

Queenslandda sahildə görünən boz, pulcuqlu, arıq və uzun quyruqlu heyvanın hansı növ canlı olduğu ilə bağlı bir məlumat verilməyib.

Canlını tapan adamlar heyvanın qayaların üzərində hərəkətsiz, yatmış şəkildə gördüklərini deyib.

Qabarıq gözləri ilə diqqət çəkən canlıya rast gələn adam sosial şəbəkədən paylaşdığı fotoşəkillərlə növünü müəyyən etməyi ümid edib. Amma nəticə düşündüyü kimi olmayıb. Çünki bu canlı haqqında heç kim məlumata malik deyil.

Edilən şərhlərdə bəzi adamlar dənizdən çıxan bu canlının yad planetli olduğu fikrini ortaya atıb, bəziləri isə kirpi, ya da vatoz balığı ilə bağlı bir əlaqəsi ola biləcəyini düşünür.

Sosial şəbəkələr üzərindən nəticə əldə edilmədikdə isə canlının nə olduğunu anlamaq üçün kənd təsərrüfatı və balıqçılıqda çalışan mütəxəssislərlə əlaqəyə keçiblər.

Günay Sadıxova/Metbuat.az

https://metbuat.az/news/927238/yutuba-silahla-hucu...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR