Tarixi zirvə görüşü: Ərdoğan, Putin və Ruhani razılığa gəldi - VİDEO

Ərdoğan, Putin və Ruhani görüşün yekunlarına dair birgə mətbuat konfransı keçirilir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriyadakı vəziyyətə dair Ankarada keçirilən üçtərəfli sammit başa çatıb.

Toplantının sonunda dövlət başçıları birgə bəyanat imzalayıblar.

R.T.Ərdoğan, V.Putin və H.Ruhani görüşün yekunlarına dair birgə mətbuat konfransı keçirilir

***16:36

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Ankarada keçirilən üçtərəfli sammitdə Suriya məsələsi ilə bağlı razılıq əldə olunub.

“Bu barədə İran prezidenti Həsən Ruhanin rəsmi saytı məlumat yayıb.

Bildirlib ki, görüşün sonunda prezidentlər Suriya üzrə birgə bəyanat imzalayıblar. Sənəddə qeyd olunub ki, Türkiyə, Rusiya və İran Suriya məsələsi ilə razılığa gəlib.

Bundan başqa, prezidentlər üçlü formatda əməkdaşlığı davam etdirmək məsələsini də razılaşdırıblar. Tərəflər Suriyada davamlı atəşkəsə nail olunmasına sadiq qalacaqlarını bildiriblər.

Bəyanatda Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstək veriləcəyi vurğulanıb: “Suriyanın ərazi bütövlüyünü pozmağa çalışan və qonşu dövlətlərin təhlükəsizliyini təhdid edən separatçıların fəaliyyətinə qarşıyıq. Biz əminik ki, Suriya münaqişəsi hərbi yolla deyil, sülh, siyasi dialoq çərçivəsində həllini tapmalıdır”.

Sənəddə bildirilib ki, tərəflər Suriya əhalisinin iradəsi əsasında seçkilərin keçirilməsinə yardım edəcəklər: "BMT-nin nəzarəti altında suriyalıları qane edəcək konstitusiyanın qəbul edilməsini, azad və ədalətli seçkilərin keçirilməsini vacib sayırıq",

Sənədə əsasən, Türkiyə, Rusiya və İran terrorçu İŞİD, Nusra-Cəbhəsi və BMT Təlükəsizlik Şıurasının siyahısında yer alan başqa terror təşkilatlara qarşı birgə mübarizə aparacaqlar.

Növbəti üçtərəfli sammit İranda keçiriləcək.

***15:54

Suriya problemi ilə bağlı növbəti zirvə toplantısı başlayıb.

Real TV “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən ikinci zirvə toplantısı çərçivəsində Rusiya, Türkiyə və İran liderləri görüşü keçirilir.

Noyabrın 22-də Soçidə baş tutmuş görüşdən sonra ikinci toplantıya ev sahibliyi Türkiyə edir. Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya rəhbəri Vladimir Putin və İran lideri Ruhani birgə görüşüblər. Zirvə görüşündən əvvəl liderlər fotoşəkil çəkdiriblər.

Zirvə toplantısı jurnalistlər üçün bağlıdır. Tədbirdə hər 3 dövlətin müdafiə nazirləri və səlahiyyətli şəxslər iştirak edirlər. Tədbirdən sonra işgüzar nahar təşkil olunacaq. Daha sonra isə görüşdən əldə edilən razılıqlar və nəticələrlə bağlı jurnalistlər üçün mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, ötən il noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti keçirilib. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak ediblər. Tədbirdən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Konfransda çıxış edən liderlər çox önəmli məsələlər barədə açıqlamalar veriblər. Onun sözlərinə görə, 3 ölkənin gəldiyi razılığa görə, Suriya Milli Dialoq Konqresi yaradılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR