Play Store

Tənha adada qeyri-adi ayaq izləri tapıldı və... - Sən demə.../ FOTOLAR

Şotlandiyanın Skye adasında 170 milyon il öncəyə məxsus dinozavr ayaq izi tapılıb.

Metbuat.az bildirir ki, adada daha öncə bəzi dinazavr növlərinə aid irili-xırdalı ayaq izlərinin tapıldığı, bunların “Saurischi” sinfinə məxsus “Sauropoda” dinozavrlarına aid olduğu deyilir.

“Scottish Journal of Geology” jurnalında dərc olan araşdırmaya görə, adada dinozavrlara məxsus daha 50 yeni ayaq izinin tapıldığı deyilir. Yeni ayaq izlərinin ətyeyən üçdırnaqlı dinozavr növünə aid olduğu qeyd edilir.

Edinburq Universitetinin professoru Stephen Brusatte açıqlamasında qeyd edib ki, ağırlığı 1 ton, boyu isə 5-6 metr ətrafında olan dinozavrların əl izləri tapılmayıb. Onların arxa ayaqları üzərində yeriyən dinozavr sinfinə aid olduğu deyilir.

Qeyd edək ki, Skye adası dinozavrlara aid qalıqların tez-tez tapıldığı yer olaraq tanınır.

Bakıdakı avtobuslarda DAVALAR - Nədən qaynaqlanır? / AÇIQLAMALAR – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR