Play Store

AŞ PA-nın 30 nəfərdən çox müşahidəçisi - prezident seçkilərini müşahidə edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 33 nəfərdən ibarət nümayəndə heyəti ATƏT Parlament Assambleyası və ATƏT-in Demokratik Təşkilatlar və İnsan Hüquqları Bürosundan müşahidəçilərlə birgə Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

Metbuat.az-ın məlumatına görə, AŞ PA nümayəndə heyətinə Viorel Riserd Badea rəhbərlik edəcək.

Nümayəndə heyəti namizədlər və onların nümayəndələri ilə, siyasi partiyaların liderləri ilə və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər keçirəcək. Bundan başqa, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə dəyirmi masalar keçiriləcək.

Müşahidəçilər ilkin nəticələri aprelin 12-də Bakıda mətbuat konfransında təqdim edəcək.

İtkin düşən alpinistin anası danışdı -VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR