Salyanda 5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə - 10 il cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Zakir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az trend-ə istinadən xəbər verir ki. Vəkil Əli Hüseynovun verdiyi məlumata görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. Z.Əliyev hadisədə günahsız olduğunu bildirib.

Prosesdə müdafiə çıxışı edən təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məhkəmədən bəraət istəyib. Vəkil bildirib ki, müvəkkilinin yol qəzasının baş verməsində günahı yoxdur.

Çıxışlardan sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.Hüeynov Trend-ə bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, ötən il sentyabrın 19-da saat 20 radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində Saatlı rayon sakini Babək Hüseynovun idarə etdiyi “VAZ-2106” və Cəlilabad rayon sakini Zakir Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə B.Hüseynovun sərnişinləri - Salyan rayon sakinləri Arzu Əhmədova, Gilas Əhmədova, Sevinc Baxşıyeva və Vəfa Əhmədova hadisə yerində, bir nəfər isə xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində Z.Əliyev və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Aprelin 5-nə manatın məzənnəsi açıqlanıb - RƏSMİ - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR