Sumqayıtda avtomobil təmiri sexində yanğın olub

Sumqayıt şəhərində ümumi sahəsi 1700 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 100 m² sahədə, sexin içərisində olan 3 ədəd minik avtomobilinin yanar hissələri qismən yanıb.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi və digər 3 minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR