Ötən gün bağlı qalan 30 cinayətin açılması təmin olunub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 16-ı “isti izlər”lə açılıb.

Metbuat.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR