"Xalq Cümhuriyyətinin 100 il əvvəl qadınlara səsvermə hüququ verməsi azadlığın yüksək səviyyəsi idi" - Dövlət başçısı

"Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa böyük töhfə verir".

Metbuat.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan öz tarixi ilə fəxr edir: "Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıb. Azərbaycan həmişə mültikultural ölkə olub. Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək".

Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq: "100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ verib. Bu, 100 il əvvəl azadlığın yüksək səviyyəsi idi. Biz 26 ildir, müstəqilik. Lakin müstəqilliyin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklər ilə üzləşmişdik. İqtisadi müstəqillik önəmlidir. Ona görə də biz iqtisadi inkişafa önəm verdik. Bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir. Bizim iqtisadiyyatımız ötən 15 ildə 3 dəfədən çox artıb. Biz insan kapitalının inkişafını da diqqət mərkəzində saxlayırıq. Çoxlu məktəb, xəstəxana tikilib. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı, sağlamlığı dayanıb. Biz insanlarımız üçün yaxşı həyat şəraiti təmin etmək üçün bütün tədbirləri görürük".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR