Play Store

Azərbaycanda prezident seçkilərini müşahidə üçün müraciətin müddəti - başa çatır

Bu gün aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

Metbuat.az-ın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək başa çatmalıdır.

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət aprelin 6-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət martın 31-də başa çatıb. Seçki Məcəlləsinə əsasən aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət aprelin 1-dək olan dövrü əhatə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR