Ötən il Bakıda təcili tibbi yardıma 694 minə yaxın müraciət

Ötən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 600-dən artıq ümumi müraciət daxil olub.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Stansiyanın baş həkiminin müalicə işləri üzrə müavini İradə Əliyeva deyib.

O bildirib ki, müraciət edənlərin 63 300-dən çoxu xəstəxanalara yerləşdirilib: "Uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çox olub. Bu müraciətlər əsasında 12 500-dən artıq uşaq xəstəxanalara yerləşdirilib. Bu rəqəmdə azalma qeydə alınıb. Stansiyada əvvəllər fəaliyyət göstərən pediatrik briqadalar bərpa olunduğundan keçən il həkim yanında uşaq ölümü olmayıb".

İ.Əliyeva qeyd edib ki, hesabat dövründə reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub:

"Ürək, qan-damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150 325, hospitalizasiya 12 354; miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya - 814-ə yaxın; insultla müraciətlətin sayı 3 728, hospitalizasiya 3 311 olub. Keçən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR