Azərbaycanın kosmosda icarəyə götürdüyü yer müəyyənləşdirilir

Azərbaycanın kosmosda icarəyə götürdüyü yer müəyyənləşdirilir
17:46 11 Yanvar 2015
162 Digər
Ölkə mətbuatı
A- A+

"Azərkosmos" ASC Azərbaycanın ikinci telekommunikasiya peyki olan "Azerspace 2"-nin texniki parametrlərini müəyyənləşdirir. ANS PRESS-in məlumatına görə, Azərbaycanın telekommunikasiya bazarındakı mənbənin Trend-ə bildirdib ki, "Azerspace-2" texniki parametrlərinə görə əvvəlki "Azerspace-1" peykindən kardinal şəkildə fərqlənməyəcək.

"Telekommunikasiya peykləri texniki parametrlərinə görə fərqli ola bilərlər. Onların tikintisi zamanı müxtəlif tezlik diapazonları istifadə edilə bilər. Birinci peykin tikintisində istifadə edilən diapazonlardan başqa, X və Ka diapazonları da var. İkinci peykin tikintisində yeni tezlik diapazonlarının istifadə ediləcəyi istisna olunmur".-deyə mənbə bildirib.

Mənbə qeyd edib ki, peykin texniki parametrləri və əhatə zonası müəyyənləşdikdən sonra tender elan ediləcək: "İlkin məqsəd ondan ibarətdir ki, ikinci peyk ehtiyat qismində olsun və nəzərdə tutulmamış şəraitlər yaranarkən sabit rabitəni təmin etməyə hesablansın".

Qeyd edək ki, "Azerspace 2"-nin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR