Doğum ləkələri ilə

Dylan adlı uşaq 5 il əvvəl dünyaya gəldikdə anası körpədə bir anormallıq görüb. Körpənin bədəni qara ləkələrlə örtülü idi.

Metbuat.az-ın verdiyi məlumata görə, Dylana qoyulan konyenintal melonistik nevus diaqnozu səbəbiylə körpənin bədəninin 80 faizi qara ləkələrlə örtülmüşdü. Bu xəstəliklə doğulan uşaqların böyüdüklərində dəri xərçəngi olma riski vardır.

Həkimlər Dylanın bir neçə əməliyyat keçirməsi lazım olduğunu deyib. Körpənin kürəyindəki ləkə çox böyük idi və cərrahlar bu əməliyyatın asan olmadığını bildiriblər.

Dylanın bədəninin başqa hissəsindən alınan dəri kürəyinə köçürüləcək idi. Bədənindəki köçürmə əməliyyatından sonra körpənin bədənində şişkinlik yaranıb. Şişkinlik nə qədər böyük olarsa o qədər yaxşı idi. Beləliklə buradan alınan dəri Dylanın kürəyinə köçürülə bilinəcəkdi.

Keçirdiyi 26 əməlliyat və köçürmə nəticəsində uşağın kürəyindəki ləkənin yarısı alınıb.

Günay Sadıxova/Metbuat.az

http://matbuat.az/news/927650/olmenin-ve-silahsiz-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR