Düyüdən və samandan görün nələr düzəldirlər? - “Wara Art”

Metbuat.az-ın verdiyi məlumata görə, Yaponiyanın Niigata şəhərində hər il on minlərlə insanın iştirakı ilə təşkil olunan “Wara Art” festivalı samandan nəhəng heykəllər yaradılaraq möhtəşəm vizual mənzərələrin yaranmasına imkan tanıyır.

Niigata bölgəsindəki düyü biçinini qeyd etmək məqsədilə keçirilən mərasimdə düyü samanları görkəmli heykəllərə çevrilir. Qorilla, timsah və ya aslan fiqurları olmaqla düzəldilən nəhəng heykəllər sənət adamları tərəfindən nəzakətli bir dizayn prosesində yaradılır.

2006-ci ildə şəhər rəsmilərinin İncəsənət Universitetindən artan samanlarla bağlı bir sənət layihəsi istəməsi ilə ortaya çıxan festival 2008-ci ildən günümüzə qədər təkrarlanaraq bir ənənə halına gəlib.

2013-ci ildə Amy Qodin adlı yerli bir sənətkarın uğurlu heykəlləri ilə diqqətləri üzərinə çəkən və populyar hala gələn tədbir bu gün minlərlə turistin festival zamanı bölgəyə axın etməsinə səbəb olur. Şimali Yaponiyanın qürur mənbəyi olan “Wara Art” bir çox fərqli fəaliyyət ilə dəstəklənərək iştirakçılara əyləncəli bir atmosfer yaradır. Festival açılışında heykəllərlə şəkil çəkdirmək üçün uzun növbə yaranır.

Düyü tarlalarının zənginliyi ilə tanınan Niigata bölgəsini önəmli hala gətirən festival düyü biçildikdən və taxılı çıxardıqdan sonra artıq qalan samana "wara" deyilməsi səbəbi “Wara Art” adını alır.

Musashino İncəsənət Universiteti tələbələri tərəfindən hər il keçirilən əzəmətli heykəllər Uwasegikata Park ərazisində festival boyu nümayiş olunur. 2017-ci ildə festivalın 10-cu ili şərəfinə universitet tələbələrindən nəhəng ölçülərdə heykəllər hazırlamaları tələb olunub. İki dəfə böyük və əzəmətli heykəllər etməyə çalışan tələbələr festival sahəsini kərgədan, dinozavr və qorillalardan əmələ gələn gözəl bir kolleksiya ilə doldurmağı bacarıblar.

Dörd metrə qədər yüksələn ölçüləri ilə bənzərsiz bir görünüş bəxş edən heykəllər festivalın dünyada maraq çəkməsində də mühüm rol oynayıb. Tədbir hər il avqustun sonunda başlayır və oktyabrın sonuna qədər davam edir.

Günay Sadıxova/Metbuat.az

https://metbuat.az/news/927720/dogum-lekeleri-ile....

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR