Play Store

Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib -Mandarin ördəyi, xalçaya bənzər piton

Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib.

Bu barədə Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, Bakı Zooloji Parkının Moskva Zooloji Parkı ilə müqaviləsi əsasında bir cüt “Dağıstan turu” dağ keçisi, 3 baş göy qulaqlı qırqovul quşu, 3 baş mandarin ördəyi, xalçaya bənzər biton gətirilib.

Direktor bildirib ki, hazırda parkda təmir-tikinti işləri aparılır. A.Hüseynov qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra yer qalarsa, yeni heyvanların gətirilməsi nəzərdən keçirilə bilər.

Qeyd edək ki, bundan öncə Trend Bakı Zooloji Parkının Daşkənd Zooloji Parkı ilə müqaviləsi əsasında Heyvanat Parkına bir lama, bir yallı qoyun (Afrika faunasına aid), bir çəhrayı qutan, bir quzğun və bir iri yapalağın gətirilməsi barədə məlumat vermişdi. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR