Play Store

19 erməni hərbçi ölüb - Ermənistan gizlədir

Ermənistanın Müdafiə Nazirliyi 19 erməni əsgərin ölüm faktını gizlədib.

Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, nazirlik tərəfindən hərbi qulluqçuların ölüm halları barədə ictimaiyyətə natamam və qeyri-dəqiq məlumat verilib.

İnsan Hüquqları Müdafiəçisi, Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin və Ermənistan MN tərəfindən verilən rəsmi məlumatlara əsasən, 2017-ci ildə Ermənistan silahlı qüvvələrində ölən hərbçilərin sayını müqayisə etdikdə bu nəticəyə gəlirik. Beləliklə, İnsan Hüquqları Müdafiəçisinin illik hesabatı:

BÖLMƏ 3. Hərbi qulluqçuların həyatlarının hüquqlarının qorunması bölməsində (hesabatın 286-cı səhifəsi) qeyd olunub ki, nazirliyin məlumatına görə, 2017-ci ildə Ermənistan silahlı qüvvələrində 75 hərbçi ölüb. 41 erməni hərbi qulluqçu döyüş növbətçiliyində, 34-ü isə digər hallarda ölüb.

Bununla yanaşı, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sorğusuna cavab olaraq, nazirlik Ermənistan silahlı qüvvələrində 56 hərbçinin öldüyünü qeyd edib.

Göründüyü kimi, Ermənistanın Müdafiə Nazirliyi 19 hərbçinin ölümünü ictimaiyyətdən gizlədib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts bildirib ki, Ermənistan Müdafiə Nazirliyi saxtakarlıqla məşğuldur.

“Müdafiə Nazirliyi cinayətləri gizlədir. İctimaiyyəti çaşqınlığa salır. Nazirliyin ordudakı qətllərlə bağlı verdiyi məlumatlara inanmamaq lazımdır. Bu vəziyyətdə, orduda 75 hərbçinin öldüyünün həqiqətə uyğun olduğuna inanmaq olarmı? Mən bu rəqəmin reallığa uyğun olmadığından şübhə edirəm, itkilər daha çoxdur”.

Vanadzorda fəaliyyət göstərən hüquq müdafiəsi təşkilatının məlumatlarına əsasən, 2017-ci ildə Ermənistan silahlı qüvvələrində 63 nəfər hərbçi ölüb. Daha əvvəl qeyd etdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyinin Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə təqdim etdiyi rəsmi məlumatlar göstərir ki, 2017-ci ildə silahlı qüvvələrdə 56 hərbçi həlak olub. Ancaq Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi öz araşdırmalarını aparıb və bu rəqəmin 63-ə çatdığını müəyyən edib.

Artur Sakunts, Müdafiə Nazirliyinin bir neçə həftə əvvəl 63 hərbçinin ölümü ilə bağlı məlumatı təkzib etdiyini, lakin bu gün qaçılmaz olan ən azı 75 hərbçinin öldüyünü elan etdiyinə diqqət çəkir.

"Ermənistan müdafiə nazirliyinin mətbuat katibi 63 rəqəminə görə mübahisə ilə bağlı olduqca canfəşanlıq edirdi və indi Ombudsman Aparatının ofisinə hesabat olaraq 75 nəfər təqdim ediblər. Belə çıxır ki, təqdim etdiyimiz sayın həqiqətdən az olduğuna görə mübahisə edirdilər", - deyə o bildirib.

Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan, hər ilin sonunda müdafiə nazirliyinin ölüm halları barədə dəqiq rəqəmlər dərc etdiyini və bu haqda heç bir şərh etməyəcəyini bildirib.

Artsrun Hovhannisyanın cavabında müdafiə nazirliyinin bir məlumatda silahlı qüvvələrdə 56 hərbçinin öldüyünü, başqa bir halda isə 75 hərbçinin öldüyünə dair məlumat verməsinin səbəbinə cavab tapılmadı.

Nəticə məlumdur, Ermənistan müdafiə nazirliyi Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə heç bir əsas olmadan yalan məlumat verib. Ermənistan silahlı qüvvələrinin hərbi prokuroru Vahe Harutyunyan da ordudakı ölümlər barədə ictimaiyyətə yalan məlumat verib.

2017-ci il dekabrın 29-da "Tert.am" saytına verdiyi müsahibədə hərbi prokuror qeyd edib. Eyni zamanda, Vahe Harutyunyan 2017-ci ildə ordudakı ölümlər barədə yalan məlumatlar yayıb.

Qeyd edək ki, sərhəddəki vəziyyətlə bağlı olmayan hallarda 29 hərbi qulluqçu həlak olub. Hərbi prokuror, həmçinin, ötən ilin rəqəmlərini 2016-cı ildə 47, 2015-ci ildə 31 hal olduğunu qeyd edir. Vahe Harutyunyanın bəyanatından məlum olur ki, daxili problemlərdən ölənlərin sayı azalıb. Ermənistan müdafiə nazirliyinin rəqəmləri hərbi prokurorun verdiyi məlumatlarla ziddiyyət təşkil edir. Ombudsman Aparatına göndərilən rəsmi məlumatlara görə, döyüş bölgəsi ilə bağlı olmayan hallarda əsgərlərin ölümü 34, yəni Vahe Harutyunyanın dediyi rəmlərdən 5 nəfər daha çoxdur.

Yanlış məlumat verildikdən sonra, Ermənistan hərbi prokuroru görünən bir müvəffəqiyyətə işarə edərək belə bir qiymətləndirmə aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR