Ölümcül xəstəliyini iti sayəsində öyrəndi - Burnu kəsildikdən sonra həyata qayıtdı/ VİDEO

İngilis qadın Jayne Hardman iti sayəsində burnundakı ölümcül xəstəliyi öyrənib. Burnu kəsilən qadın həyatına protez burunla davam edir.

Metbuat.az-ın verdiyi məlumata görə, nadir görünən və potensial olaraq ölümcül olan bir oto-immün xəstəliyə tutulan ingilis qadın burnunu itirib. Protez burun istifadə edən qadın gecə yatarkən burnunu çıxarır.

48 yaşındaki qadın hər gecə burnunu çıxarıb təmizləyir, yay aylarında isə dərisi qaraldığı üçün başqa bir burun taxır. Yeganə problemin asqırmaq olduğunu deyən qadın burnunu tutmasa düşmə ehtimalı olduğunu deyib.

İtinin burnuna sıçrayıb yaralamasından sonra həkimə gedən qadının xəstəliyi təsadüfən ortaya çıxıb. İtin xəstəliyi hiss etdiyini söyləyən Jayn daim burnu ilə oynadığını və sonda onu dişləyib qadının həyəcana keçməsini təmin edib. 2014-cü ildə İngiltərənin ən yaxşı burun cərrahlarından biri olan David Roberts Londondakı Guys və Sankt-Peterburqda Tomas Xəstəxanasında Jaynein burnundakı toxumaya hücum edən granülomatozis olduğunu müəyyən edib.

Üzünə burun protezini tutması üçün maqnitlər yerləşdirilən qadın burunsuz olduğundan insanların ondan qorxduğunu, amma protezi taxdıqda heç kimin vəziyyəti fərq etmədiyini deyir. 2 il kimyaterapiya gördükdən sonra burnunun xilas olmasının mümkün olmadığını öyrəndikdə çox kədərlənən Jayne artıq bu vəziyyətə öyrəşdiyini və heç nəyə əhəmiyyət vermədiyini ifadə edib.

Günay Sadıxova/Metbuat.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR