Play Store

Azərbaycan futbolçuları Xorvatiya ilə - qarşılaşacaq

16 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində iştirak edəcək. Turnirin təqvimi artıq müəyyənləşib.

Millimiz Bosniya və Herseqovinada keçiriləcək yarışda ilk olaraq makedonlarla üz-üzə gələcək. Aprelin 18-də baş tutacaq oyun Bakı vaxtı ilə 12:30-da start götürəcək.

İki gündən sonra Xorvatiya ilə qarşılaşacaq (16:00) U-16 aprelin 22-dəki son matçda ev sahibi Bosniya və Herseqovina ilə (12:30) münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi aprelin 9-dan 16-dək Bosniya və Herseqovinada keçiriləcək UEFA İnkişaf turnirində mübarizə aparacaq. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR