Play Store

Bakıda təcili yardım maşınları üçün yeni yol - VİDEO

Dünyanın əksər ölkələrində yolda avtomobil sıxlığı olarkən təcili tibbi yardım avtomobilinin səs siqnalını eşidən hər bir sürücü yolu açmağa çalışır.

Bəzən fərqli vəziyyət də yaranır. Məsələn bəzən siqnala və vəziyyətin ciddiliyinə əhəmiyyət verməyən sürücülər də tapılır. Vəziyyəti kritik olan xəstənin həyatını hansısa sürücünün insafına və ya onun o anki əhvalına buraxmaq yalnış bir addım olardı.

Bu səbəbdən də, artıq əksər ölkələrdə mütəmadi sıxlığın yarandığı yollarda xüsusi əməliyyat avtomobilləri üçün əlavə yol zolağı salınır. Bakıda da 2 istiqamətdə xüsusi əməliyat avtomobilləri üçün yollar nəzərdə tutulub.

Məsələn, Füzuli və Yusif Səfərov küçələrində avtobusların hərəkəti üçün ayrılan zolaqlara əməliyyat maşınları da daxil ola bilərmiş. yəni təcili vəziyyət yarandıqda təcili tibbi yardım avtomobilləri də bu xüsusi zolaqlarla hərəkət edə bilər. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən belə deyirlər.

Yaxın gələcəkdə isə daha 7 mərkəzi yolda Babək, Nobel, Gəncə, Xocalı prospektlərində və Əhməd Rəcəbli, Mikayıl Huseynov küçəsində xüsusi yol zolaqları salınacaq. Ekspert Azər Allahverənov isə deyir ki, bu cur yol zolaqlarının hazırlanması zamanı bəzi qaydalar nəzərə alınsa yolda nəzərdə tutulan maşınların hərəkəti üçün də heç bir problem yaranmaz.

Eskpertin fikrincə, xüsusi zolaqlarda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı sərt cəzalar görüləcəyi təqdirdə problemin həllinə nail olmaq mümkündür. İstənilən halda işlər kompleks şəkildə görülməlidir. Bakı şəhər baş dövlət yol polisindən isə deyirlər ki, xüsusi zolaqlarda qaydanı pozan sürücülər cəzalandırılır. //Real.TV



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR