Play Store

FHN Akademiyasında təlim keçirilib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında aprelin 5-də “Qəza-xilasetmə işlərinin aparılması taktikası” mövzusunda təlim keçirilib.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, akademiyanın kursantları üçün keçirilən təlim nəzəri və praktiki hissədən ibarət olmaqla iki mərhələdə təşkil edilib.

Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov bildirib ki, tədbirin keçirilməsində məqsəd kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumatın verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır. Akademiyanın rəisi təlim iştirakçılarına uğurlar arzulayıb, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirib.

Çıxış edən digər natiqlər qeyd ediblər ki, təlimlərin təşkilində əsas məqsədlərdən biri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanmasıdır. Eyni zamanda, həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət göstərildiyini vurğulanıb, bu cür təlimlərin də kursantların qəza-xilasetmə işlərində biliklərinin artırılması və müvafiq vərdişlərinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığı söylənib.

Təlimin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

Praktiki hissədə isə “zərərçəkmiş”lərin hündürlükdən təxliyəsi, şərti uçqun baş vermiş ərazidə axtarışı və xilası, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexniki qrup tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər hərəkətlər nümayiş olunub.

Təlimə 30 nəfər canlı qüvvə və 7 xüsusi nəqliyyat vasitəsi cəlb edilib, xüsusi təyinatlı xilasetmə alət və avadanlıqlardan istifadə olunub.

SON DƏQİQƏ: Türkiyədə xəstəxana yanır - DƏHŞƏT / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR