İlham Əliyev 6 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayırıb - SİYAHI

Prezident İlham Əliyev Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, TovuzŞəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Tovuz rayonu Y.Alıyev adına Hacıhəsənli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

2

Tovuz rayonu Z.Məmmədov adına Sarıtala kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

3

Tovuz rayonu Şamlıq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

4

Tovuz rayonu Qayadibi kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

5

Tovuz rayonu Qoşa kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

6

Tovuz rayonu Quşçu Qaralar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

7

Ağstafa rayonu H.Aslanov qəsəbə 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

8

Şəmkir rayonu Talışkənd kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

9

Gədəbəy rayonu Dördlər kənd 40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

285 000

10

Gədəbəy rayonu Əyrivəng kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

11

Gədəbəy rayonu Talakənd kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

12

Daşkəsən rayonu Almalı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

13

Daşkəsən rayonu Daşkəsən qəsəbəsi 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

14

Daşkəsən rayonu Gürbulaq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

15

Göygöl rayonu Əzgilli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

Cəmi

4 461 000

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR