Balotelli Bakı klubuna keçir

Balotelli Bakı klubuna keçir
17:56 11 Yanvar 2015
207 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan futbol tarixində ən səs-küylü transfer baş tuta bilər.

ANS PRESS-in məlumatına görə, Bakının "İnter" klubu İtaliya millisinin və İngiltərənin "Liverpul" klubunuin forvardı Mario Balotellini heyətinə qatmaq istəyir. Belə bir iddia ilə İtaliya mətbuatı çıxış edib.

Məlumatda deyilir ki, "Liverpul"da əsas heyətə düşməkdə çətinlik çəkən qara dərili futbolçu qış transfer pəncərəsində komandasını dəyişəcək. Balotellinin komandadan göndərilməsində maraqlı olan "Liverpul" rəhbərliyi istənilən təklif qarşılığında İtaliya millisinin hücumçusunu satacağı gözlənilir.

İtaliyanın "Napoli" və "İnter", Yunanıstanın "Olmpiakos", Fransanın PSJ və Bakının "İnter" klublarının Balotellinin xidmətində maraqlı olduğu bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR