Play Store

Beyləqanda qadını evində öldürən şəxs tutulub - DİN

Aprelin 3-də Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR