Peyğəmbərin karikaturasını çap edən redaksiya yandırıldı

Peyğəmbərin karikaturasını çap edən redaksiya yandırıldı
18:01 11 Yanvar 2015
213 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada Məhəmməd peyğəmbərin karikaturasını çap edən redaksiya yandırılıb. ANS PRESS-in məlumatına görə, Hamburqda ötən gecə "Hamburger Morgenpost" redaksiyasının ofisinə naməlum şəxslər alışdırıcı maddə ilə olan şüşə atıblar. Hadisə barədə qəzetin saytında xəbər verilib.

Gecə saat iki radələrində baş verən yanğın hadisəsində qəzetin arxivinə içində alışdırıcı maddə olan şüşə atılıb. Arxiv aklışmağa başlayıb.

Jurnalistlər bildirirlər ki, bəzi sənədlər yansa da, xəsarət alanlar olmayıb.

Polis, həmin rayonunda olan iki nəfər şübhəli şəxsi yaxalayıb. Onların insidentə aidiyyəti dəqiqləşdirilir.

Bundan öncə "Hamburger Morgenpost" Fransanın "Charlie Hebdo" jurnalında olan Məhəmməd peyğəmbərin karikaturasını çap edib. Yeri gəlmişkən, redaksiya hələlik gecə yanğınını məhz satirik şəkilin dərc olunması ilə əlaqələndirməyə tələsmir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR