Play Store

“Qaynar xətt” xidmətinə ümumilikdə 2247 zəng daxil olub - “Azərenerji” ASC

Cari ilin I rübündə - yanvar, fevral və mart aylarında “Azərenerji” ASC-də fəaliyyət göstərən 186 nömrəli “Qaynar xətt” xidmətinə ümumilikdə 2247 zəng daxil olub.

Bu barədə Metbuat.az-a “Azərenerji” ASC-nin Mətbuat xidmətində məlumat verilib.

Bildirilib ki, fasiləsiz olaraq, sutka ərzində 24 saat operativ fəaliyyət göstərən xidmətə ünvanlanan sorğular, məlumatlar və şikayətlər dinlənilərək qeydiyyata alınıb. Bütün zənglər həftənin şənbə və bazar günləri də daxil olmaqla nəzərdən keçirilıb, araşdırılıb və aidiyyəti üzrə istiqamətləndirilib. Təkcə Novruz bayramı ilə əlaqədar olan qeyri-iş günlərində, 20-26 mart tarixlərində “Qaynar xətt” xidməti üzrə ümumilikdə 208 zəng qeydə alınıb. Paytaxt Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarından zəng edən müxtəlif kateqoriyalı qrupların müraciətlərinin əksəriyyəti, yəni, 99%-dən çoxu “Azərenerji” ASC-nin vəzifə və funksiyalarından kənar olan məsələlərlə əlaqədar olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsində enerji sisteminin dayanıqlığı və fasiləsizliyi ilə bağlı xüsusi rejim tətbiq edilib və əlavə tədbirlər görülüb. Baş verə biləcək hər hansı bir problemin aradan qaldırılması üçün operativ qəza xidmətləri hazır vəziyyətə gətirilib.

Xəzər dənizində müntəzəm fider daşımalarına başlanır –FOTOLAR – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR