Parisdəki terror qurma imiş - VİDEO - FOTO

Parisdəki terror qurma imiş - VİDEO - FOTO
18:05 11 Yanvar 2015
195 Dünya
Ölkə mətbuatı
A- A+

Polisin vurulması haqqında 2 videodan birinin montaj olunduğunu deyilir

Parisdəki "Şarl Hebdo" satirik jurnalına hücumun real olmaması, əslində ssenari əsasında qurulan oyun olması haqqında söz-söhbət səngimək bilmir.

Anspress-in məlumatına görə, dünya mətbuatı isə durmadan bu ssenarinin səhvlərini aşkarlayır. İnsanların Fransa hadisələrindən şübhələnməsinə bir neçə amil səbəb olub.

Belə ki, hücum baş verən ilkin anlarda haqqında danışlan 12 ölü və 20 yaralı gözə dəymirdi. Bundan başqa, 32 zərərçəkəni daşımaq üçün sadəcə 2 xərək gətirildi. İnsanlar bunu ABŞ-dakı 11 sentyabr hadisələri ilə müqayisə etdilər. Çünki Amerikada da "Əkiz qüllələr"in partladılması zamanı ölənlərin siyahısı açıqlanandan bir müddət sonra onların əksəriyyətinin sağ olduğu məlum oldu. Nəticədə bu rüsvayçılıqdan sonra "zərərçəkənlərin" siyahısı məxfiləşdirildi.

Gələn xərəklərin birində aparılan adam isə tamamilə çılpaq idi və onun başında "2" rəqəmi yazılmışdı. KİV nümyəndələri bunun əslində morqdan götürülən və kimliyi müəyyən edilə bilməyən bir meyit olduğunu bildirirlər.

Fransa prezidenti Fransua Ollandın hücumdan qısa müddət sonra (bəzi KİV-lər 10 dəqiqə, bəziləri yarım saat bildirir) hadisə yerində olması isə şübhələri lap artırdı. Halbuki "Xəbərlər"də Ollandın hadisə yerinə bir neçə saat sonra gəldiyi deyilirdi. Bundan başqa, təhlükəsizlik protokoluna əsasən, ölkənin birinci adamlarının hadisə baş verən təhlükəli yerlərə gəlməsi qadağandır.

Həmçinin redaksiyaya hücum edənin maşında öz şəxsiyyət vəsiqəsini qoyması, binaya çöldən atəş açmaları da şübhələri artırır. Sanki onlar içəridəkiləri gələcəkləri haqda xəbərdar edirlər.

Maraqlı məqamlardan biri isə odur ki, "Şarl Hebdo" jurnalının 2014-cü il dekabr saylarından birində terror haqqında bir karikatura nəşr edilmişdi. Karikaturada "Fransada hələ terror hücumları olmayıb? - Gözləyin, bizim hələ yanvarın sonunadək vaxtımız var", - kimi ifadələr işlədilir.

Daha bir maraqlı məqam bu görüntüləri çəkən şəxslə bağlıdır. Belə ki, həmin şəxs "Haarets" (haaretz.com) qəzetinin müxbiridir və o, "Şarli Hebdo" ilə də əməkdaşlıq edir.

Bir çoxları polisin ölümünün də saxta olduğunu iddia edirlər. Belə ki, görüntülərdə silahlı şəxsin polisin başının üstündən atəş açdığı görünür. Bundan başqa, başdan açılan atəş nəticəsində adamın ətrafında qanın olmaması da hücumun reallığını şübhə altına alır.

Hadisə haqqında 2 video yayılıb. Bəzi KİV-lər bunlardan birində montaj əlamətlərinin olduğunu bildiriblər. Müqayisə üçün polisin vurulması əks olunan həmin videoları sizə təqdim edirik.

Milli.Az














RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR