Play Store

İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı müzakirələrə hazırıq - Nazir müavini

İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı İraq hökuməti olaraq danışıqlar aparmağa, müzakirələr keçirməyə hazırıq.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İraq xarici işlər nazirinin müavini Said Şorş Xalid deyib.

O qeyd edib ki, bir çox ölkələrə uşaqların qaytarılmasında kömək ediblər:

"Məsələn, Rusiyaya İraqda qalan 27 uşağın qaytarılmasında kömək etmişik. Azərbaycanla da müzakirələrə hazırıq və onların geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edə bilərik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR