Play Store

Mətbuat Şurası 11 aprel prezident seçkilərini müşahidə edəcək - AÇIQLAMALAR

Aprelin 11-i Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Mətbuat Şurası 11 aprel prezident seçkilərini necə müşahidə edəcək?

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bununla bağlı Metbuat.az-a açıqlamasında qeyd edir ki, Azərbaycan Mətbuat Şurası ənənəvi olaraq, ölkədə aktiv proseslər zamanı qaynar xətt təşkil edir:

“Hadislərin gedişatından reportaj hazırlayan, məqalələr verən KİV-lər və jurnalistlər hər hansı formalı problemlərlə rastlaşarlarsa, dərhal həmin qaynar xəttlər vasitəsilə MŞ-yə müraciət edib, problemlərinin həllinə nail ola bilirlər. 11 aprel seçkisi ilə bağlı da qaynar xətt aktiv ediləcək. Həmin gün məntəqə və dairə seçki komissiyalarında müşahidəçilik aparan, seçki ilə bağlı material hazırlayan jurnalistlər hər hansı bir formalı problemlə üzləşsələr, MŞ-yə müracit edə bilərlər. Əlavə olaraq, MŞ qaynar xətt təşkil etməklə yanaşı, həm də, ənənəvi olaraq seçki dövlərində İdarə Heyəti üzvlərini müxtəlif istiqamətlər üzrə ezam edir, demək lar ki, ölkə üzrə bütün istiqamətləri əhatə etmək olur. Bununla da MŞ İH üzvləri yerlərdə olaraq, vəziyyətlə birbaşa tanış olurlar, media ilə bağlı problemlər olarsa, dərhal qeydə alıb həlli üçün yardım göstərirlər. 2018-ci ilin 11 aprel seçkiləri ilə bağlı MŞ daha bir fəaliyyət həyata keçirir. Bu da seçkilərin mediada işıqlandırılması prosesinin monitorinq edilməsidir. Monitorinq geniş aspektdə keçirilir və seçkilər dövründə media ilə bağlı əsaslı hesabat hazırlamaq üçün kifayət edəcək”.

“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə Metbuat.az-a açıqlamasında bildirib ki, seçkilərdə müşahidə qismində iştirak edəcək:

“Mətbuat Şurasının üzvləri hərəsi bir rayonda seçkiləri müşahidə edirlər. Seçkinin gedişatına baxacağıq. Hazırda gedişatı, media nümayəndələrinin qeydiyyata alınması prosesini izləyirik. Ümumiyyətlə, seçki ilə bağlı uğurlu proseslərin şahidi olacağıq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Aprelin 11-i Azərbay Bitkoini olanlar MÜTLƏQ OXUSUN - Qiymət yenidən düşəcək / AÇIQLAMA – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR