Canavarların böyütdüyü adam: İnsanlarla bədbəxtəm - VİDEO

1965-ci ildə 19 yaşında ikən İspaniyanın Sierra Morena dağlarında canavarların yanında tapılan Markos Rodriqes Pantoja insanlarla yaşamaq istəmədiyini deyib.

Bu barədə El Paris xəbər yayıb.

Markos Rodriqez Pantoja 7 yaşında həm anasını, həm də atasını itirdikdən sonra bir çobanın yanına verilir. Lakin az keçmiş o da ölür. Uşaq 12 il boyunca qurdlarla birlikdə yaşayıb.

Hazırda 72 yaşında olan Rodriqes insanların dünyasından şikayət edir. O, geri qayıtmaq istədiyini, ancaq artıq başqa insanlar kimi iyləndiyi üçün bunu edə bilməyəcəyini bildirib.

Rodrigesin sözlərinə görə, həyatının ən xoşbəxt günləri ana canavarın onu bəslədiyi, yarasa, maral və ilanlarla eyni mağarada yatdığı zamanlarda qalıb.

Tapıldıqdan sonra həyatının baş –ayaq olduğunu deyən Markos iş həyatında aldadıldığını, digər insanların ona güldüyünü deyir.


//faktxəbər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR