Azərbaycan yazıçısı Haaqada vəfat edib

Azərbaycan yazıçısı Haaqada vəfat edib
18:17 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2014-cü il yanvarın 11-nə kecən gecə, saat 01:40-da Haaqa səhərində, Azərbaycan və Holland xalqlarının sevimli yazıçısı Gülşən Lətif qizi Kazımova-Atəş vəfat etdi. Bu barədə Trend məlumat verir.

Həyat uğrunda son dəqiqəyəcən ölümlə mərdliklə ölüm-dirim mübarizəsi aparan, lakin bir dəqiqə də belə olsa, iradəsini və yumor hissini itirməyən, güclü şəxsiyyəti və iradəsi ilə bütün həkimlərin və xəstəxana işcilərinin rəğbətini qazanan Gülşən xanımın son anında onun sevimli oğlu, həyat yoldaşı, ailə üzvləri və iki ən yaxın rəfiqəsi yanında olublar.

Mərhumun cənazəsi, dini adət-ənənəyə əsasən hazır olduqdan sonra, Gülşən xanımın doğma səhəri olan Bakıya gətiriləcək. Dəfn mərasimi Bakıda baş tutacaq. Mərhumla vidalaşmaq istəyən yaxınlara bazar ertəsi günü vida yeri barədə əlavə məlumat veriləcək.

Hollandiyada Gülşən xanımın ruhunu yad etmək üçün mərhumun qırxı tamam olunca, icma mərasimləri keciriləcəkdir.

Gülşən Lətif 20 ildən yuxarı Avropanın Niderland Krallığında yaşayıb-yaratmışdır. O, holland ictimaiyyətində və mətbuatında dəyərli yer tutub, Azərbaycan həqiqətlərinin Avropaya catdırılmasi üçün, sözün əsl mənasında, var qüvvəsini verib. Hollandiyada “AnaVətən” adlı qadın təskilatının təsisçisi və rəhbəri olub, insan hüquqları müdafiəsi üzrə böyük işlər aparıb.

Gülşən Lətifin “Bizim nəslin qızları” adlı romanı 2009-cu ildə Rusiyada kecirilən Beynəlxalq Ədəbiyyat Müsabiqəsinin qalibi adına layiq gorülüb. Onun “Azeraida adası” romanı, son beş ildə ən çox oxunan kitablar siyasına daxil olub.

2014-cü ildə Haaqada Azərbaycan səfirliyində Gülşən xanımın böyük yaradıcılıq gecəsi kecirilib.

Gülşən Lətif qizi Kazımova-Atəş Azərbaycan xalqının ən mərd və mübariz qadinlarından, öz rəhbərlik və təşkilatçılıq keyfiyyətlərinə görə isə Hollandiyada ən unudulmaz şəxsiyyətlərdən biri olub. Onun yeri Azərbaycan icmasında və Azərbaycan diaspora təskilatları arasında həmişə görünəcək.

Bu gündən etibarən, hər il yanvarın 10-u sevimli yazıçımız Gülşən xanımının anım günü kimi qeyd olunacaq.

Gülşən xanım təkrarolunmaz bir səxsiyyət kimi Hollandiyada yaşayan azərbaycanlıların qəlbində əbədi yasayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/318483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR