Play Store

MDB PA-nın müşahidə missiyası Azərbaycana - gəlir

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkiləri müşahidə etmək üçün aprelin 8-dən Bakıda olacaq.

MDB Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqinin Bakı filialından verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, QazaxıstanQırğızıstandan olan deputatlardan ibarətdir.

Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də Bakı və bölgələrdə olacaqlar. Həmçinin beynəlxalq müşahidəçilərin Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirəcəklər.

MDB Parlamentlərarası Assambleyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, missiya üzrə koordinator Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov təyin edilib. Missiyaya 6 MDB ölkəsindən 17 deputat və parlament əməkdaşları daxildir. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR